Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.
2026-cı ilin sonunadək Ukraynada ümumdaxili məhsulun 2 faiz artacağı, iqtisadi artımın isə 2027-ci ildə 3,5 faizə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatı barədə hesabatında yer alıb. BVF, həmçinin bu il Ukraynada inflyasiyanın 7,5 faizə, növbəti il isə 7 faizə enəcəyini gözləyir. Həmçinin proqnozlara görə, 2026-cı ildə ölkədə işsizlik səviyyəsi 10,2 faizə düşəcək, gələn il isə 12 faizədək artacaq.
Yanvar ayının sonunda Ukrayna Milli Bankı 2026-cı il üçün ümumdaxili məhsulun artım proqnozunu 2 faizdən 1,8 faizə endirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.