RU

Azərbaycanda aprelin 19-dan fasilələrlə yağıntı olacaq


Azərbaycanın dağlıq və dağətəyi rayonlarında aprelin 19-da, digər yerlərində isə aprelin 20-dən 21-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.
 
Bu barədə Gender.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Избранный
8
20
gender.az

10Источники