RU

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 22 faizə yaxın artıb

Naxçıvan, 17 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 33 milyon 431 min 500 ABŞ dolları təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ticarət dövriyyəsinin 3 milyon 617 min 400 dollarını və ya 10,8 faizini ixrac olunmuş məhsulların, 29 milyon 814 min 100 dollarını və ya 89,2 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 21,9 faiz, o cümlədən idxal 20,2 faiz, ixrac isə 38,5 faiz artıb.

Müxbir- Nail Əsgərov

Избранный
22
azertag.az

1Источники