2026 il üçün Həcc kvotası tamamlanıb.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.