RU

“Bu nöqtə Azərbaycanın bütün yollarının başlanğıcıdır” Nəqliyyat eksperti

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

“Azərbaycanda əhəmiyyətli bütün magistral avtomobil yollarının başlanğıc nöqtəsi eynidir. Avtomobil yolları haqqında Qanun-un 24-cü maddəsinə əsasən, bu nöqtə Bakının mərkəzində yerləşən Azadlıq meydanı hesab olunur. Yəni ölkənin əsas magistralları üçün 0 km məhz buradan başlayır. Bu, sadəcə rəmzi məsələ deyil -məsafələrin hesablanması, yol infrastrukturu planlaması və idarəetmə baxımından vahid sistemin qurulması deməkdir”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib. Ekspertin sözlərinə görə, Bakıdan başlayan əsas istiqamətlər - Bakı–Quba–Rusiya sərhədi, Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi, Bakı–Şamaxı–Yevlax. Bu yanaşma ölkə üzrə bütün magistrallar üçün ortaq başlanğıc nöqtə yaradır və nəqliyyat sistemində koordinasiyanı asanlaşdırır:

"Bəlkə də hər gün yanından keçdiyimiz bu nöqtə - Azadlıq meydanı - əslində Azərbaycanın bütün yollarının başlanğıcıdır. Bu qanun Azərbaycanda avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması, qorunması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Bu Qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycanın bütün avtomobil yollarına şamil edilir"./525.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
avtosfer.az

2Источники