AZ

“Bu nöqtə Azərbaycanın bütün yollarının başlanğıcıdır” Nəqliyyat eksperti

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Azərbaycanda əhəmiyyətli bütün magistral avtomobil yollarının başlanğıc nöqtəsi eynidir. Avtomobil yolları haqqında Qanun-un 24-cü maddəsinə əsasən, bu nöqtə Bakının mərkəzində yerləşən Azadlıq meydanı hesab olunur. Yəni ölkənin əsas magistralları üçün 0 km məhz buradan başlayır. Bu, sadəcə rəmzi məsələ deyil -məsafələrin hesablanması, yol infrastrukturu planlaması və idarəetmə baxımından vahid sistemin qurulması deməkdir”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bunu 525.az-a bildirib. Ekspertin sözlərinə görə, Bakıdan başlayan əsas istiqamətlər - Bakı–Quba–Rusiya sərhədi, Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi, Bakı–Şamaxı–Yevlax. Bu yanaşma ölkə üzrə bütün magistrallar üçün ortaq başlanğıc nöqtə yaradır və nəqliyyat sistemində koordinasiyanı asanlaşdırır:

"Bəlkə də hər gün yanından keçdiyimiz bu nöqtə - Azadlıq meydanı - əslində Azərbaycanın bütün yollarının başlanğıcıdır. Bu qanun Azərbaycanda avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması, qorunması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Bu Qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycanın bütün avtomobil yollarına şamil edilir".

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
525.az

2Mənbələr