RU

Ürəyi yavaş-yavaş məhv edən 10 vərdiş

Ürək sağlamlığı birbaşa həyat tərzindən asılıdır. Ümumi praktikant həkim Aygül Arslanova ürək-damar sisteminə zərər verən ən yayılmış vərdişləri açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, oturaq həyat tərzi ən böyük risklərdən biridir. Uzun müddət hərəkətsiz qalmaq maddələr mübadiləsini zəiflədir, piylənmə və ürək xəstəlikləri riskini artırır.

Sağlam olmayan qidalanma da əsas səbəblər sırasındadır. Duz, şəkər, doymuş və trans yağların həddindən artıq qəbulu hipertoniya, ateroskleroz və infarkt riskini yüksəldir.

Siqaret isə ən zərərli vərdişlərdən biri kimi qeyd olunur. Nikotin damarları daraldır, qan təzyiqini artırır və laxtalanma riskini yüksəldir.

Həddindən artıq alkoqol qəbulu, xroniki yuxu çatışmazlığı və davamlı stress də ürəyə mənfi təsir göstərir. Xüsusilə stress zamanı ifraz olunan hormonlar damar sisteminə zərər verir.

Bundan əlavə, artıq çəki ürəyə əlavə yük yaradır, diabet və yüksək təzyiq riskini artırır.

Müntəzəm tibbi müayinələrin edilməməsi isə problemlərin vaxtında aşkarlanmasını çətinləşdirir.

Həkim sosial təcridin də təsirini vurğulayır. Tənhalıq və sosial əlaqələrin zəif olması psixoloji vəziyyətə təsir edir və bu da dolayısı ilə ürək sağlamlığına mənfi təsir göstərir.

Ekspert qeyd edir ki, bu vərdişlərdən uzaq durmaq və sağlam həyat tərzi seçmək ürəyi qorumağın ən effektiv yoludur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
8
e-saglam.az

1Источники