RU

Samvel Karapetyanın məhkəməsində qarşıdurma Polis etirazçıları dağıtdı, 17 nəfər saxlanılıb

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistanda iş adamı Samvel Karapetyanın barəsində seçilmiş həbs qətimkan tədbirinə dair məhkəmə iclası davam etdiyi vaxt məhkəmə binasının qarşısında gərginlik yaşanıb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, məhkəmə binası önündə Karapetyanın tərəfdarları və siyasi həmfikirləri onun azadlığa buraxılması tələbi ilə aksiya keçiriblər. Aksiya zamanı etirazçılar “Samvel, baş nazir” və “Azadlıq” şüarları səsləndiriblər.

Hadisə zamanı vəziyyət bir neçə dəfə gərginləşib. Polis qüvvələri ərazidə hərəkətin bərpası üçün müdaxilə edib. Lakin aksiya iştirakçıları yolu açmaqdan imtina etdikləri üçün polis onları kənarlaşdırmağa başlayıb. Bu zaman tərəflər arasında qısa müddətli qarşıdurma və itələşmə qeydə alınıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, polisə tabe olmamaq ittihamı ilə 17 nəfər saxlanılaraq polis bölmələrinə aparılıb.

Eyni vaxtda Samvel Karapetyanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılıb. “Güclü Ermənistan” hərəkatının lideri olan iş adamı məhkəməyə polis müşayiəti ilə gətirilib. Karapetyan jurnalistlərin suallarını cavablandırmayıb. Onun vəkilləri isə bildirib ki, müvəkkillərinə çıxış və açıqlama vermək məhdudiyyəti qoyulub.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
azpolitika.info

1Источники