RU

İrəvanda "Karapetyan davası" alovlanır – Məhkəmə qarşısında qanlı qarşıdurma, 17 nəfər saxlanıldı

Ermənistanın Antikorrupsiya Məhkəməsinin qarşısında vəziyyət pik həddə çatıb.

Musavat.com xəbər verir ki, rusiyalı milyarder, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın məhkəmə iclası keçirilən zaman binanın həyətində hərbiləşdirilmiş polis qüvvələri ilə milyarderin tərəfdarları arasında ciddi fiziki qarşıdurma yaşanıb. Ermənistan Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, hadisə nəticəsində artıq 17 nəfər saxlanılaraq polis bölmələrinə aparılıb.

Samvel Karapetyanın tərəfdarları məhkəmənin həyətinə toplaşaraq "Növbəti Baş nazir Samvel Karapetyana azadlıq!" şüarları səsləndirərkən, xüsusi təyinatlı polis dəstələri kütləni ərazidən uzaqlaşdırmağa çalışıb. Bu zaman yaranan aralıq qarşıdurma zamanı bəzi jurnalistlərin də xəsarət aldığı bildirilir. Saxlanılan 17 nəfər polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edilir. Eyni zamanda, məhkəmə iclasında milyarderin vəkilləri tərəfindən sensasiyalı bir fakt açıqlanıb; Samvel Karapetyan azadlığa buraxılması üçün Ermənistan tarixində rekord sayılan 4 milyard dram (təxminən 10,6 milyon dollar) məbləğində girov ödəyib. Vəkil Aram Vardevanyan bildirib ki, aprelin 21-də partiyanın qurultayı keçiriləcək və iyunun 7-nə təyin olunan parlament seçkilərində iştirak etmək üçün Karapetyanın ev dustaqlığından azad edilməsi strateji əhəmiyyət kəşf edir.

Xatırladaq ki, Rusiya və Kipr vətəndaşlığından imtina prosedurlarına başladığını elan edən milyarder, Baş nazir Nikol Paşinyanın ən güclü rəqibi hesab olunur və hazırda o, dövlət çevrilişinə çağırış və çirkli pulların yuyulması kimi ağır maddələrlə mühakimə edilir.



Musavat.com

Избранный
8
40
musavat.com

10Источники