RU

Avropada reaktiv yanacaq böhranı: Cəmi altı həftəlik ehtiyat qalıb

Avropada reaktiv yanacaq böhranı: Cəmi altı həftəlik ehtiyat qalıb

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Avropanın əlində təxminən altı həftəlik reaktiv yanacaq ehtiyatının qaldığı barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Birol Hörmüz boğazının bağlı qalmağa davam edəcəyi təqdirdə uçuşların ləğvinin yaxın zamanda başlayacağını və yay tətillərinin xaosa sürüklənə biləcəyini ifadə edib.

İran müharibəsi səbəbindən strateji nəqliyyat marşrutunun bloklanması qlobal neft tədarükünü axsadarkən, yanacaq qiymətlərini də sürətlə yüksəldib. Fatih Birol Parisdə verdiyi açıqlamada vəziyyətin qlobal iqtisadiyyat üçün ağır nəticələri olacağını qeyd edərək, bunun indiyə qədər qarşılaşdıqları ən böyük enerji böhranı ola biləcəyini vurğulayıb.

Böhranın təsirləri artıq aviaşirkət nəhənglərinə də mənfi təsir göstərməyə başlayıb. "EasyJet" mart ayının sonuna qədər olan altı aylıq dövrdə 540-560 milyon funt-sterlinq arasında vergiöncəsi zərər gözlədiyini, yalnız ötən ay reaktiv yanacaq üçün əlavə 25 milyon funt-sterlinq xərclədiyini açıqlayıb. Digər mühüm aviaşirkətlərdən də bənzər xəbərdarlıqlar gəlib; "Ryanair"in rəhbəri Maykl O’Liri uçuşların 10 faizini azaltmağı düşündüklərini bildirib.

Skandinaviya aviaşirkəti SAS isə artan xərclər səbəbindən bu ay mindən çox uçuşu ləğv edib. "Airlines UK" hələlik kəsilmə yaşamadıqlarını, lakin hökumətlə fövqəladə tədbirləri müzakirə etdiklərini bildirib. Hörmüz boğazındakı tıxanıqlıq davam edərsə, yanacaq qıtlığı ilə yanaşı bilet qiymətlərində də ciddi artım gözlənilir.

Aviaşirkət nümayəndələri mart ayında ikiqat artan yanacaq xərclərinin yay mövsümündə sərnişinlərə yüksək qiymətlər olaraq yansıyacağını proqnozlaşdırırlar. Birolun fikrincə, bu böhran ilk növbədə Yaponiya, Koreya, Hindistan və Çin kimi Asiya ölkələrinə təsir edəcək, neft axını bərpa olunmasa, siyahıya Avropa və Amerika da əlavə olunacaq.

Избранный
12
afn.az

1Источники