RU

“Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür” adlı tədbir keçirildi - FOTO

17 Aprel 2026-cı il tarixində YAP Ağsu rayon təşkilatı və Ağsu rayonu Mərkəzi Xəstəxanası PHŞ-nin (Sağ sahil ərazi partiya təşkilatı) birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar Ağsu rayonu Mərkəzi Xəstəxanasında “Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür” adlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayonu Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Quliyev, ərazi partiya təşkilatının sədri Şahin Kərimov və səhiyyə işçiləri iştirak ediblər.

Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad olunması uğrunda şirin canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini özündə əks edirən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayonu Mərkəzi Xəstəxanasının direktoru Pərviz Quliyev, Vətən Müharibəsi şəhidi Vüqar Quliyevin anası Könül Quliyeva, Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkimləri Ülviyyə Mustafayeva və Nazir Əzizov çıxış edərək bildiriblər ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Qeyd ediblər ki, Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə, tibb aləmində ən yüksək olan “Averbax” mükafatına layiq görülüb. Ən başlıcası isə Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın Zəfər tarixinə adını yazdırmış Prezident İlham Əliyevin anasıdır. Zərifə xanım çətin və mübarizələrlə dolu həyat yolu keçmiş Heydər Əliyevə hər zaman sədaqətli həyat yoldaşı kimi dayaq olmuşdur. Görkəmli alimin ictimai fəaliyyəti bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsinə qaldırılmış, inkişaf etdirilmişdir.

Tədbirin sonunda isə partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

22222
Избранный
19
1
redaktor.az

2Источники