Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Qarabağ küçəsi ilə Əhmədbəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib. İlkin məlumata görə, 4 avtomobil bir-birinə çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik: