RU

Müvəqqəti atəşkəsi qəbul etmirik İran

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə ölkəsi müvəqqəti atəşkəs razılaşmalarını qəbul etmədiyini bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, belə atəşkəslər diplomatik prosesi zəiflədir və son nəticədə yenidən müharibəyə qayıdışa səbəb olur.

Xətibzadə bu açıqlamanı 2026-cı ildə keçirilən Antalya Diplomatiya Forumunda (ADF) media nümayəndələrinə verib. O qeyd edib ki, İran və ABŞ arasında müzakirə olunan mümkün müvəqqəti atəşkəs yanaşması qəbul edilə bilməz.

"Biz heç bir müvəqqəti atəşkəsi qəbul etmirik. Çünki bu cür addımlar diplomatiyanı tükəndirir və nəticədə müharibəyə qayıdışı qaçılmaz edir. Bu pis dövrə sona çatmalıdır”, – deyə o vurğulayıb.

Xətibzadə əlavə edib ki, davam edən danışıqların əsas məqsədi uzunmüddətli və dayanıqlı həllə nail olmaqdır.

O, həmçinin Hörmüz boğazı ilə bağlı məsələyə toxunaraq bildirib ki, bu su yolu tarixən açıq olub və İranın ərazi sularının bir hissəsidir: "Hörmüz boğazı min illərdir İranın qərarı ilə açıq qalıb”.

İran rəsmisi qeyd edib ki, ABŞ və İsrail tərəfindən "əsassız” şəkildə başladılan hücumlar regionda gərginliyi artırıb. Onun sözlərinə görə, bu addımlar təkcə İranı deyil, bütövlükdə regionu və qlobal iqtisadiyyatı risk altına atır.

Səid Xətibzadə vurğulayıb ki, əgər ABŞ daha ədalətli və balanslı mövqe sərgiləsə, maksimalist yanaşmadan imtina etsə və beynəlxalq hüquqa hörmət göstərsə, İran da regionda sabitliyin qorunmasına zəmanət verə bilər.

Gülay

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
50
azxeber.com

10Источники