RU

Sahil Tahirli: “Əslində, Sara Əzimova vəzifəsindən ayrılmadı” FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əslində Sara Əzimova vəzifəsindən ayrılmadı - o, sadəcə Şərq qapısı qəzetindəki missiyasını başa vurdu. Çünki vəzifə bitə bilər, amma Vətənə, torpağa, milli dəyərlərə, Əkinçi qəzeti ənənələrinə xidmət heç vaxt bitmir... o, davam edir”.Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Sahil Tahirli sosial şəbəkə hesabında yazıb.“Qələm varsa, hiss varsa, ruh yaşayırsa — yaratmaq eşqi sönmürsə, Sara Əzimova da hər zaman olacaq. O, sadəcə bir ad deyil, bir mövqedir, bir yolun davamıdır.

 

Biz dostlar üçün vəzifə heç vaxt titul olmayıb — o, hər zaman dövlətimizə xidmət etmək imkanı olub. Dövlətə, Vətənə xidmət isə zamanla ölçülmür, vəzifə ilə məhdudlaşmır... o, ömürlük bir məsuliyyətdir, bir sədaqətdir.

"Şərq qapısı"nın tarixinə saldığın iz həmişə görünəcək!Uğurlar!”, - deyə Sahil Tahirli qeyd edib.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən ayrılıb.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
bizim.media

2Источники