RU

ABŞ İrana güzəştə gedir: NƏYİ?

“İkitərəfli danışıqlarda ABŞ İran tərəfinə müəyyən məsələlərdə güzəştə gedə bilər”.

Bu sözləri politoloq Əlimusa İbrahimov “Cebheinfo.az”-a şərhində ABŞ Prezidenti Donald Trampın İrana güzəştlərə getməsi ilə bağlı səsləndirilən iddialar barədə fikir bildirərkən deyib. 

Onun sözlərinə görə, ABŞ ilə İran arasında danışıqlar bir müddət davam edəcək:

“Tramp İranla olan müharibəni bitirmək niyyətindədir. Bu güzəştə getmək hesabına olsa belə. Məhz buna görədir ki, o, danışıqların növbəti mərhələsinə başlamaq haqqında tapşırıq verib. Təbii ki, müharibəni bitirmək üçün güzəştlərə ehtiyac var.

Bu, Amerika tərəfindən İranın irəli sürdüyü şərtlərdən bəzilərini qəbul etmək olardı. Məsələn, İrana qarşı sanksiyaların aradan qaldırılması, nüvə sahəsində tədqiqatların dayandırılması, uran ehtiyatlarını beş il ərzində məhdudlaşdırılması, İsrailin Livana qarşı hücumunu saxlamaq – bütün bunlar danışıqlarda müzakirə olunan əsas məsələlərdir”.

Onun fikrincə, amma ABŞ-ni hazırda ciddi narahat edən Hörmüz boğazının İran tərəfindən blokadada qalmasıdır:

“Bu barədə hansı güzəştlərin ola biləcəyi məlum deyil”. 

Избранный
4
1
cebheinfo.az

2Источники