RU

Şəhidlərin xatirəsinə həsr olunmuş məktəblərarası voleybol yarışı keçirilib

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Quba-Xaçmaz regionunda “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş məktəblərarası voleybol yarışını öz sosial media hesabında paylaşıb.

QHT.az həmin paylaşımı təqdim edir:

"'Vətən Naminə' Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Quba- Xaçmaz  Regional  Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş məktəblərarası yarışma keçirilmişdir. Tədbirin məqsədi gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, şəhidlərimizin xatirəsinin uca tutulması və məktəblilər arasında sağlam rəqabətin təşviq edilməsidir.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti nümayəndəsi Aynur Əliməmmədova, YAP Quba rayon təşkilatının nümayəndəsi Elxan Məhərrəmov, Rəna xanım, Qubada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Quba rayon şöbəsinin rəisi Yasin Aşurov, Quba Heydər Mərkəzinin direktoru Sevinc Səlimova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi  Qumru Mammadova, İnnovativ İnkişafa Dəstək İB-nin sədri - Hümmət Əliyev,  Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, Yurd Gənclərin İntellektual İnkisafina Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB-nın idarə heyyəti  Rafiq Xəlil, şəhid ailələri, qazilər və məktəblilər  iştrak ediblər.


Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş məktəblərarası voleybol yarışı keçirildi. Yarışda 15 komanda iştirak edərək öz bacarıqlarını və komanda ruhunu nümayiş etdirdi. Tədbirin əvvəlində Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.


Bu cür tədbirlərin keçirilməsi gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinə və şəhidlərimizin xatirəsinin daim uca tutulmasına xidmət edir. Yarış gərgin və maraqlı mübarizə şəraitində keçdi və iştirakçılar yüksək əzmkarlıq nümayiş etdirdilər".

Избранный
24
qht.az

1Источники