RU

Pensiya və müavinətlərə 3 ayda dövlət büdcəsindən nə qədər vəsait ödənilib?

ain.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Cari ilin ilk 3 ayında sosial ödənişlər üzrə əhaliyə 2  mlrd. 614,8 milyon manat vəsait ödənilib.

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvar-mart ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 614,8 milyon manat vəsait ödənilib.

Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 255,9 milyon manat və ya 10,85% artım deməkdir.

Belə ki, 2025-ci ilin yanvar-mart ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 mlrd. 358,8 mln. manatdan çox vəsait ödənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
10
sitat.info

10Источники