RU

Aliment ödəyənlərin nəzərinə Qaydalar dəyişdi

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının beynəlxalq səviyyədə tanınması və icrası istiqamətində mühüm addım atılır. Milli Məclisdə müzakirəyə çıxarılan yeni dəyişikliklərə əsasən, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara edilən əlavələr xüsusilə yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment qərarlarının digər ölkələrdə icrasını daha əlçatan və effektiv etməyi hədəfləyir. Bu isə dövlətlərarası hüquqi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında məhkəmə qətnamələri və qərarları dövlət adından çıxarılır və həmin qərarların icrası məcburi xarakter daşıyır:“Son dövrlərdə təkcə aliment məsələləri deyil, həm də barələrində məhkəmə qətnaməsi qəbul olunmuş şəxslərin digər maddi öhdəliklərini yerinə yetirməməsi halları müşahidə olunur. Müxtəlif yayınma yollarından istifadə edilməsi nəticəsində bu öhdəliklərin icrası çətinləşir və prosesə maneələr yaranır. Belə vəziyyətlərdə icra məmurları məhkəmə qətnamə və qərarlarının icrasını təmin etmək imkanında müəyyən çətinliklərlə üzləşirlər. Bu problem təkcə ölkəmiz üçün xarakterik deyil. Zaman-zaman regional və beynəlxalq səviyyədə ədliyyə strukturlarının rəhbərlərinin görüşlərində də bu məsələlər müzakirə olunub və vurğulanıb. Belə halların aradan qaldırılması üçün ilkin təkliflərdən biri beynəlxalq ədliyyə sistemi və konvensiyanın yaradılması olmuşdur. Bu konvensiyanı imzalayan ölkələrin həmin sistemə qoşulması və məhkəmə qərarlarının icrası ilə bağlı vahid mexanizmin formalaşdırılması nəzərdə tutulurdu”. O deyib ki, dövlətlərin qəbul etdiyi qərarlardan yayınan şəxslər aşkar edildikdə, onların müvafiq ölkələrə təhvil verilməsi kimi mexanizmlər də müzakirə mövzusu olub:“Daha sonrakı mərhələdə isə prosesin sadələşdirilməsi və effektivliyinin artırılması məqsədilə dövlətlərin vahid elektron sistem çərçivəsində fəaliyyət göstərməsi ideyası irəli sürülüb. Məsələn, əmək miqrasiyası ilə başqa ölkəyə gedən şəxsin barəsində axtarış elan olunduqda və onun məhkəmə qərarının icrasından yayınması müəyyən edildikdə, məlumat elektron sistem vasitəsilə müvafiq ölkəyə ötürülə bilər. Bu halda, məsələn, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən həmin ölkəyə müraciət edilir, icra olunmalı məbləğ və digər məlumatlar təqdim olunur. Həmin şəxsin gəlirləri əsasında borc müvafiq ölkənin ədliyyə sistemi tərəfindən tutulur və elektron qaydada tanınan məhkəmə qərarı icra edilir. Nəticədə vəsait birbaşa borcun ödənilməli olduğu şəxsə yönləndirilir. Bu, kifayət qədər innovativ yanaşmadır və ölkələr arasında əməkdaşlığın daha səmərəli və qarşılıqlı etimad əsasında qurulmasına xidmət edə bilər. Hesab edilir ki, belə bir konvensiyanın qəbulu gələcəkdə məhkəmə qərarlarından yayınmağa çalışan şəxslərin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
demokrat.az

1Источники