RU

Qızdırmaya görə körpə ölümləri necə baş verir? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gədəbəydə 1 yaşlı uşaq yüksək hərarətdən ölüb. Hadisə aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kəndində qeydə alınıb. Belə ki, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov yüksək hərarətlə xəstəxanaya çatdırılıb və orada ölüb. Faktla bağlı araşdırma aparılır.Pediatr Nigar Abdulla Demokrat.az-a açıqlamasında deyib ki, yüksək hərarət adətən ölümün birbaşa səbəbi olmur:“Əksər hallarda qızdırma bədəndə gedən daha ağır proseslərin əlamətidir. Bu proseslərin başında isə infeksiyalar dayanır. Körpələrdə infeksiya çox sürətlə yayılaraq həyati təhlükə yarada bilər. Sepsis, meningit və ya ağır pnevmoniya kimi hallar saatlar içində ağırlaşa bilər. Valideynlər bəzən ilkin simptomları adi soyuqdəymə ilə qarışdıra bilirlər. Bu isə vaxt itkisinə səbəb olur. Körpə orqanizmi böyüklərlə müqayisədə daha həssasdır. Onların immun sistemi tam formalaşmadığı üçün infeksiyalara qarşı müqavimət zəif olur. Yüksək hərarət fonunda qıcolmalar da baş verə bilər. Qıcolma əksər hallarda zərərsiz olsa da, bəzi hallarda təhlükəli nəticələrə gətirib çıxara bilər. Digər mühüm risk faktoru susuzlaşmadır. Qızdırma ilə yanaşı qusma və ya ishal varsa, vəziyyət daha da ağırlaşır. Körpə kifayət qədər maye qəbul etmədikdə orqanizm sürətlə zəifləyir. Bəzən valideynlər uşağın vəziyyətini evdə idarə etməyə çalışır”. O bildirib ki, bəzi hallarda mütləq tibbi müdaxilə tələb olunur:“Vaxtında həkimə müraciət edilməməsi faciə ilə nəticələnə bilər. Bəzi nadir hallarda isə anadangəlmə problemlər də rol oynaya bilər. Bu tip hallar əvvəlcədən heç bir əlamət verməyə bilər. Yüksək hərarət sadəcə bu problemlərin üzə çıxmasına səbəb olur. Xüsusilə 1 yaşa qədər uşaqlarda vəziyyət çox tez dəyişə bilər. Hərarət 38.5 dərəcədən yuxarı qalxdıqda diqqətli olmaq vacibdir. Uşaqda halsızlıq, süstlük və ya qidalanmadan imtina varsa, dərhal həkimə müraciət olunmalıdır. Bu cür hallarda gecikmə ciddi risk yaradır. Eyni zamanda, cəmiyyət olaraq belə hadisələrdən nəticə çıxarmaq lazımdır. Maarifləndirmə və erkən müdaxilə bu cür faciələrin qarşısını almaqda əsas rol oynayır”.Leyla Turan 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
demokrat.az

1Источники