Mayın 19-da QHT Agentliyinin təşkilatçılığı ilə WUF13 QHT Forumu keçiriləcək.
Aznews.az xəbər verir ki, bu sözləri QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva deyib.
O bildirib ki, foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir: "Bu qlobal tədbir yerli və xarici QHT-lər üçün WUF13 irsinin formalaşmasına töhfə verəcək".