RU

Dövlət Komitəsinin rəsmisi: Qanvermə aksiyalarının davam etdirilməsi məqsədəuyğundur

Bakı, 17 aprel, AZƏRTAC

Bu gün qanvermə aksiyasının təşkil edilməsində mədsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara qayğı göstərməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Hemofiliya Günü münasibətilə keçirilən “Ailəm könüllüləri” adlı qanvermə aksiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib.

O, belə tədbirlərin davam etdirilməsinin məqsədəuyğun olduğunu deyib.

Qeyd edək ki, aprelin 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ümumdünya Hemofiliya Günü münasibətilə “Ailəm könüllüləri” adlı qanvermə aksiyası keçirib.

Aksiya Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasıyası, “Birlik” Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasıyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması və Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Fotoqraf - Orxan Kərimov

Избранный
21
azertag.az

1Источники