RU

Rusiya PUA-sı NATO ölkəsinə girdi

Rusiya PUA-sı Rumıniya hava məkanını pozub. Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi son hücum zamanı pilotsuz uçuş aparatı NATO üzvü olan Rumıniya sərhədini keçib.

“Yeni Sabah” xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin açıqlamasına görə, radar sistemləri gecə saatlarında Ukrayna istiqamətində uçan pilotsuz uçuş aparatını aşkarlayıb.

Məlumata əsasən, PUA qısa müddət ərzində Rumıniyanın hava məkanına daxil olub. Aparatla əlaqə Ukrayna sərhədinə yaxın yerləşən Çiliya Veke (Chilia Veche) kəndinin cənub-şərqində itib.

Hadisədən sonra Rumıniya Silahlı Qüvvələri bölgədə müşahidə və təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya pilotsuz uçuş aparatlarının Rumıniya hava məkanını pozması halları dəfələrlə qeydə alınıb. Bəzi hallarda PUA qalıqları ölkə ərazisinə düşüb.

Rumıniya NATO üzvü olduğu üçün bu cür insidentlər alyansın təhlükəsizlik gündəliyində xüsusi əhəmiyyət daşıyır.


Telegram kanalımız
Избранный
28
30
yenisabah.az

10Источники