RU

Premyer Liqa klubları üçün UEFA-nın rəqəmsal sistemindəki yeniliklər təqdim olunub

Premyer

AFFA-nın Lisenziyalaşdırma və Qeydiyyat Departamenti Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir UEFA-nın rəqəmsal platformasına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub. Seminarda platformadakı yeniliklər müzakirə edilib, iştirakçılara həm nəzəri, həm də praktiki təlimlər keçirilib.

Görüşün sonunda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları sistemə daxil ediblər. AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən iştirakçıların sualları cavablandırılıb və onlara ətraflı praktiki izahlar verilib.

Избранный
4
12
xalqcebhesi.az

10Источники