Azərbaycanda fəaliyyət göstərən 6 regional ixtisaslaşmış narkoloji dispanserin sayının artırılması və ya mövcud regional tibb mərkəzlərində müvafiq şöbələrin yaradılması məsələsinə baxıla bilər. Bunu deputat Musa Quliyev bildirib.
Onun sözlərinə görə, narkoloji xəstəliklərin müalicəsi mürəkkəbdir və sistemli yanaşma tələb edir.
“Bu, sosial məsələdir və burada nəzarət ardıcıl olmalıdır,” – deputat vurğulayıb.
Quliyev qeyd edib ki, həm Azərbaycanda, həm də beynəlxalq praktikada əsas diqqət narkomaniyanın profilaktikasına yönəldilir.
Gülnar Nazimqızı