RU

Tramp: İran bizə “nüvə tozunu” təhvil verməyə razılaşıb

Tramp:

ABŞ Prezidenti Donald Tramp, ötən il ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra xarabalıqlar altında qalmış yüksək dərəcədə zənginləşdirilmiş uranın Vaşinqtona təhvil verilməsinə Tehranın razılıq verdiyini elan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Amerika lideri bu materialı "nüvə tozu" adlandırıb. "İranın nüvə silahı yoxdur və onlar bununla razılaşdılar. Onlar B-2 bombardmançıları ilə həyata keçirdiyimiz hücumdan sonra yerin dərinliklərində qalan nüvə tozunu bizə qaytarmağa razı oldular. Beləliklə, İranla çoxlu sayda razılaşmamız var və hesab edirəm ki, çox müsbət və mühüm hadisələr baş verəcək", — deyə ABŞ prezidenti bildirib.

Bununla belə, WP-nin qeyd etdiyi kimi, İran tərəfi hələlik ABŞ ilə danışıqlar zamanı belə bir güzəştə getdiyini təsdiqləməyib. Qəzetin jurnalistləri əlavə edirlər ki, Vaşinqtonun Tehranın nüvə silahı ilə bağlı öhdəliklərinə dair əvvəlki bəyanatları ya qeyri-dəqiq çıxıb, ya da təsdiqini tapmayıb.

Məryəm Quliyeva

Избранный
11
xalqcebhesi.az

1Источники