RU

Çin nüvə enerjisi potensialına görə dünyada liderə çevrilib

Müəllif:Mehin Qasımova,Banco.az

Çində nüvə elektrik stansiyalarının (AES) ümumi quraşdırılmış gücü 125 milyon kVt-a çataraq ölkəni bu göstərici üzrə dünya liderinə çevirib.

Banco.az xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyası tərəfindən dərc olunan “Çin Nüvə Enerjisinin İnkişafı Hesabatı 2026”da (“Mavi Kitab”) məlumat verilib.

Hesabata əsasən, hazırda ölkədə 60 nüvə enerji bloku kommersiya istismarındadır. Bununla yanaşı, 36 blokun tikintisi davam edir ki, bu da qlobal miqyasda inşa edilən nüvə reaktorlarının yarıdan çoxunu təşkil edir.

Bundan əlavə, daha 16 enerji blokunun tikintisi hökumət tərəfindən təsdiqlənib və yaxın dövrdə inşasına başlanması gözlənilir.

Sənəddə qeyd olunur ki, Çin artıq 2026-cı ildə iki yeni enerji blokunun tikintisinə start verib. İlin sonuna qədər isə yeddi yeni blokun istismara verilməsi planlaşdırılır.

Mütəxəssislər hesab edir ki, nüvə enerjisinin sürətli inkişafı Çinin artan enerji tələbatının qarşılanması və karbon emissiyalarının azaldılması strategiyasında mühüm rol oynayır.

Избранный
18
1
banco.az

2Источники