Türkiyənin Kahramanmaraş şəhərində 10 nəfərin həyatını itirməsi ilə nəticələnən məktəb hücumu ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Qeyd edək ki, Ayser Çalık Orta Məktəbində baş verən silahlı insident zamanı riyaziyyat müəllimi Ayla Kara şagirdləri qorumağa çalışarkən həyatını itirib. Hadisə nəticəsində öldürülən şagirdlərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Həmçinin məlum olub ki, hücumçunun atası – keçmiş polis rəisi Uğur Mersinli silahların saxlanmasına səhlənkar yanaşdığı və dolayısı ilə məsuliyyət daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq isə hadisənin hər hansı terror təşkilatı ilə əlaqəsinin olmadığını, cinayətin şəxsi motivlər əsasında törədildiyini açıqlayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта