RU

Evdə pulsuz qan testi: Yumruğunuzu sıxıb gözləyin, sonra...

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Damar xəstəlikləri çox vaxt özünü dərhal büruzə vermir. Bu problemlər illərlə adi yorğunluq maskası altında inkişaf edir. Qulaqlarda küy, səbəbsiz narahatlıq və ya günün sonunda ayaqlarda yaranan ağırlıq kapilyarların zəifləməsinin ilk siqnallarıdır.Neyrocərrah Qalina Şatalova bildirir ki, orqanizm kritik mərhələ çatmazdan çox əvvəl həyəcan təbili çalmağa başlayır."Qan dövranının vəziyyətini ev şəraitində sadə testlə yoxlamaq olar. Bunun üçün yumruqlarınızı bir neçə saniyə bərk sıxıb sonra birdən boşaltmalısınız. Əgər mikrosirkulyasiya düzgün işləyirsə, dərinin rəngi dərhal çəhrayılaşmalıdır. Solğunluq və ya göyümtül rəng qan axınının zəiflədiyini göstərir".Müasir qidalanma vərdişləri qanı qatılaşdırır və arteriya divarlarını kövrəkləşdirir. Lakin vərdişləri dəyişməklə vəziyyəti yaxşılaşdırmaq mümkündür. Damarların elastikliyini bərpa etmək üçün ən əlçatan vasitələrdən biri çuğundur suyudur. Çuğundurun tərkibindəki aktiv maddələrdən yan təsir görmədən faydalanmaq üçün bəzi qaydalara əməl edilməlidir. Təzə sıxılmış şirəni içməzdən əvvəl açıq qabda təxminən iki saat saxlamalı, daha yaxşı mənimsənilməsi üçün onu alma və ya kök şirəsi ilə qarışdırmalısınız. Şirəni kiçik qurtumlarla içmək həzm sistemini qəfil yükdən qoruyur.Fiziki aktivlik də damar sağlığı üçün vacibdir. Baldır əzələləri "ikinci ürək" funksiyasını yerinə yetirərək qanı yuxarıya doğru qovur. Düzgün nəfəs hərəkətləri ilə müşayiət olunan piyada gəzinti spazmları aradan qaldırır və ürəyin yükünü azaldır. Şoraba kələm, sarımsaq və bişmiş çuğundur kimi təbii məhsullar bahalı dərmanlar olmadan damarların elastikliyini bərpa etməyə kömək edir.Yəni damarların tıxanmasının qarşısını almaq üçün hər gün səhər yeməyinə çuğundur və sarımsaq kimi sadə məhsullar əlavə etmək, həmçinin hərəkətli olmaq kifayətdir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
demokrat.az

1Источники