RU

İşə başlanıldı: Ukraynaya 90 milyard avroluq dəstək...

Avropa Birliyi ikinci rübdə Ukraynaya 90 milyard avro kredit verməyi planlaşdırır.

Bakıvaxtı.az “LeMpnde.fr”ə istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyinə İqtisadiyyat üzrə Avropa Komissarı Valdis Dombrovskis bildirib. O qeyd edib ki, Macarıstandakı seçkilərin nəticələri artıq bizə bu il və gələn il üçün Ukraynaya 90 milyard avroluq dəstək proqramımızı açmağa imkan verir: “Ukraynaya verdiyimiz kreditin ilk hissəsinin bu ilin ikinci rübündə, yəni iyun ayının sonuna qədər həmin ölkəyə köçürülməsini hədəfləyirik”.

Qeyd edək ki, bu əhəmiyyətli kredit 2025-ci ilin sonundan etibarən Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi olan Macarıstanın keçmiş Baş naziri Viktor Orban tərəfindən dondurulmuşdu. Viktor Orbanın ötənlərdə keçirilən seçkilərdəki məğlubiyyəti və Peter Magyarın hakimiyyətə gəlməsi ilə Brüssel bu vəsaitlərin tez bir zamanda ayrılmasına ümid edir.

Bu gün Avropa İttifaqı rəsmiləri Budapeştdə Macarıstanın yeni baş nazirinin komandası ilə ilkin görüşdə iştirak edəcəklər.

V.Dombrovskisin sözlərinə görə, 90 milyard avroluq kredit Ukraynanın maliyyə ehtiyaclarının üçdə ikisini ödəmək üçün nəzərdə tutulub:

Digər tərəfdaşların dəstəyi sayəsində Ukraynanın bütün maliyyə ehtiyaclarını ödəmək qabiliyyətimizə tam əmin ola bilərik”.

Aydın Baxış

Избранный
3
2
bakivaxti.az

3Источники