RU

Hindistanda iki təyyarə toqquşub

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Hindistanın "Akasa Air" və "SpiceJet" aviaşirkətlərinə məxsus iki təyyarə paytaxt Delhidəki İndira Qandi adına Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında toqquşub.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, "SpiceJet" şirkətinin "Boeing 737-700" yerdə "Akasa Air" laynerinə toxunub. Hadisə nəticəsində hər iki hava gəmisinə zərər dəyib.

"SpiceJet" təyyarəsinin qanadı, "Akasa Air" təyyarəsinin isə gövdənin quyruq hissəsində sol stabilizatoru zədələnib.

Xəsarət alan olmayıb, sərnişinlər və ekipaj üzvləri təyyarələri təhlükəsiz şəkildə tərk ediblər. Hər iki təyyarə müvəqqəti olaraq istismardan çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
4
azxeber.com

5Источники