RU

Bu üsulla xərclərinizi ciddi şəkildə azalda bilərsiniz

Mütəxəssislər mağazada emosional alış-verişin qarşısını almağın sadə yollarını açıqlayıblar.

Musavat.com xəbər verir ki, RİA Novosti-yə danışan “BKS Mir investisiyaları” şirkətinin eksperti Andrey Smirnov bildirib ki, alış-veriş siyahısını mağazadakı məhsulların yerləşdiyi ardıcıllığa uyğun tərtib etmək daha məqsədəuyğundur. Onun sözlərinə görə, bu üsul alıcının bir rəfdən digərinə keçərək vaxt itirməsinin və planlaşdırılmamış məhsullar götürməsinin qarşısını alır.

Ekspert deyib ki, xüsusən bir mağazaya tez-tez gedən şəxslər siyahını "alış marşrutu" üzrə hazırlasa, həm vaxta qənaət edər, həm də əlavə xərclərdən uzaq qalar. O, məhdud büdcə ilə alış-veriş edənlərə əvvəlcədən xərc limiti müəyyənləşdirməyi və siyahıda məhsulların təxmini qiymətini də qeyd etməyi tövsiyə edib.

Smirnovun sözlərinə görə, alış-verişə ac qarına getmək də düzgün deyil. O bildirib ki, bu zaman müxtəlif şirniyyatlar, hazır yeməklər və qəlyanaltılar insana lazım olduğundan daha cəlbedici görünə bilər və nəticədə yekun hesab gözlənildiyindən yüksək çıxa bilər. Ekspert bununla yanaşı, büdcəni aşmamaq şərti ilə bir-iki planlaşdırılmamış alışa da yer qoymağın mümkün olduğunu vurğulayıb.

 

Musavat.com

Избранный
8
50
musavat.com

10Источники