Venera ilə Yupiter arasında yaranan harmonik bucaq sayəsində qarşıdakı 3 gün ərzində sevgi və maddi məsələlərdə şans əhəmiyyətli dərəcədə artacaq. Bu astroloji təsir xüsusilə bəzi bürclər üçün daha güclü və sevindirici nəticələr vəd edir.
Musavat.com xəbər verir ki, bu barədə tanınmış astroloq Dinçer Güner bildirib.
Astroloq qeyd edib ki, Venera Buğa bürcündə, Yupiter isə Xərçəng bürcündə güclü mövqedədir və bu iki planetin uyğun əlaqəsi təxminən 3 gün ərzində təsirini göstərəcək.
Bu müddət ərzində münasibətlərdə harmoniya artacaq, küsülülüklər asanlıqla aradan qalxa bilər. Romantik sürprizlər və emosional yaxınlaşmalar ön plana çıxacaq. İnsanlar daha anlayışlı, səxavətli davranmağa meyilli olacaqlar.
Bu astroloji təsir yalnız emosional sahə ilə məhdudlaşmır. Maddi baxımdan da müsbət imkanlar yarana bilər.
Astroloqun fikrincə, xüsusilə Buğa, Əqrəb, Xərçəng, Oğlaq və Balıq bürcləri bu müsbət enerjidən daha çox faydalanacaq.
Musavat.com