Bakı. Trend:
UEFA Avropa və Konfrans Liqasında 1/4 final mərhələsinin cavabgörüşlərinə start verilib.
Trend-in məlumatına görə, artıq hər iki turnirdə ilkyarımfinalçılar bəlli olub.
Avropa Liqasında Almaniya "Frayburq"u ilk matçda 3 cavabsızqolla üstələdiyi İspaniya “Selta”sına ikinci görüşdə də qalib gəlib- 3:1.
Konfrans Liqasında isə Ukrayna "Şaxtyor"u Niderlandda "AZAlkmaar"la 2:2 hesablı heç-heçə edib. Donetsk klubu birinci matçda3:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, bu nəticələrdən sonra "Frayburq" Avropa Liqasında,"Şaxtyor" isə Konfrans Liqasında yarımfinala yüksəlib.
Qeyd edək ki, hər iki turnirdə digər oyunlar Bakı vaxtı ilə saat23:00-da başlayacaq.