AZ

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum oldu

UEFA Avropa və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Publika.az xəbər verir ki, artıq hər iki turnirdə ilk yarımfinalçılar bəlli olub.

Avropa Liqasında Almaniya "Frayburq"u ilk matçda 3 cavabsız qolla üstələdiyi İspaniya “Selta”sına ikinci görüşdə də qalib gəlib - 3:1.

Konfrans Liqasında isə Ukrayna "Şaxtyor"u Niderlandda "AZ Alkmaar"la 2:2 hesablı heç-heçə edib. Donetsk klubu birinci matçda 3:0 hesablı qələbə qazanmışdı.

Seçilən
2
5
publika.az

6Mənbələr