RU

Qaluzin türkiyəli səfirlə Cənubi Qafqazı müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiçi qəbul edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, görüş zamanı Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparılıb.

"Türkiyə tərəfinə 2025-ci ilin avqust ayında Ankoricdə keçirilən Rusiya-Amerika sammitindən sonra əldə edilən qarşılıqlı anlaşmalara uyğun olaraq, vəziyyətin inkişafı və Ukrayna ətrafındakı münaqişənin həlli perspektivləri ilə bağlı fundamental qiymətləndirmələrimiz təqdim edilib.

Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub. Regionda sülh və sabitliyin maraqları naminə koordinasiyaya dair qarşılıqlı öhdəlik təsdiqlənib", - deyə nazirlik bildirib.

Избранный
19
10
unikal.az

10Источники