RU

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunun işlənməsi çərçivəsində tikilən "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından indiyədək 2,1 milyon ton neft hasil olunub. Energetika Nazirliyinin məlumatına görə, platforma hasilata başladığı tarixdən, yəni iki il ərzində bu nəticəyə nail olunub.

Hasilata başladığı tarixdən 15 aprel 2026-cı ilədək ACE platformasından bu qədər neft hasil edildiyi qeyd olunur. Xatırladaq ki, AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında ilkin saziş 1994-cü il sentyabrın 20-də imzalanıb, 2017-ci il sentyabrın 14-də isə saziş yenidən tərtib olunaraq düzəlişlərlə təsdiqlənib.

AÇG-də pay bölgüsü belədir: BP – 30,37 faiz (operator), AzACG (SOCAR) – 31,65 faiz, MOL – 9,57 faiz, Inpex – 9,31 faiz, ExxonMobil – 6,79 faiz, TPAO – 5,73 faiz, Itochu – 3,65 faiz, ONGC Videsh Ltd. (OVL) – 2,92 faiz.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
3
3
azerbaijan-news.az

4Источники