RU

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşıb - Foto

Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

7 şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
23
18
poliqon.info

10Источники