Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb...
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.
Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.
7 şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info