RU

Dünyada nadir tapıntı: İrlandiya sahillərində 150 yaşlı köpəkbalığının cəsədi aşkarlandı

İrlandiya sahillərində təxminən 150 yaşı olan köpəkbalığının cəsədi aşkar edilib.

Azreform.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Need To Know" məlumat yayıb.

Nadir Qrenlandiya köpəkbalığının cəsədi İrlandiya ərazisində quruda tapılıb.

Dünyanın ən az rast gəlinən köpəkbalığı növləri sırasına daxil olan canlının ümumi uzunluğu 2.87 metr təşkil edib.

Bildirilir ki, ölü tapılan erkək köpəkbalığının qalıqları daha ətraflı elmi araşdırmaların aparılması məqsədilə Təbiət Tarixi Muzeyinə göndərilib.

Избранный
3
2
azreform.info

3Источники