Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
Məlumata görə, onlar əvvəlcə Fuceyrəyə (BƏƏ) çatıb, sonra İran sahillərinə doğru hərəkət edib və Hörmüzdə Larak və Qeşm adaları arasından keçib.
Bildirilib ki, fevralın əvvəlində körfəzə girən, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı orada qalan "Nobler” ərzaq daşıyan tankeri də eyni üsulla hərəkət edib, lakin o, Larakın cənubundan keçib.
Qeyd edək ki, bazar ertəsindən ABŞ-ın Hörmüzdə İran gəmilərinə qarşı blokadası qüvvəyə minib.