RU

Blokadanı yarmağa çalışan mülki gəmilərə güc tətbiq oluna bilər – ABŞ generalı

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri İranla bağlı tətbiq edilən dənizblokadasını yarmağa çalışan mülki gəmilərə qarşı güc tətbiq etməyəhazır olacaq.

Trend xəbər verirki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah RəisləriKomitəsinin sədri, general Den Keyn Pentaqon rəhbəri Pit Heqsetləbirgə verdiyi mətbuat konfransında bildirib.

“Blokadanı yarmağa cəhd edəcək istənilən gəmi dənizçilərimiztərəfindən əvvəlcədən planlaşdırılmış taktiki tədbirlərin tətbiqiilə qarşılaşacaq. Bu tədbirlər həmin gəmiyə qarşı güc tətbiqini,zərurət yaranarsa isə gəminin göyərtəsinə çıxaraq onu ələ keçirməyinəzərdə tutur. Bu, xəbərdarlıq atəşləri və digər addımlar da daxilolmaqla gücün mərhələli şəkildə artırılmasını əhatə edəcək”, – deyəo bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Избранный
12
2
az.trend.az

3Источники