RU

Sükan arxasında telefonla danışan avtobus sürücüsü sərnişinlərin həyatını riskə atdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə aprelin 15-də saat 18:13 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 185 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-LZ-851 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü nəqliyyat vasitəsini idarə edərkən mobil telefonla danışıb.

Bu cür davranış yol hərəkəti qaydalarının kobud pozuntusu hesab olunur və ciddi təhlükə yaradır. Sükan arxasında diqqətin yayınması qəza riskini artırır.

Xatırladaq ki, sürücülər, xüsusilə ictimai nəqliyyat vasitəsini idarə edən şəxslər daha məsuliyyətli olmalıdırlar. Çünki avtobus sürücüləri yalnız özlərinin deyil, eyni zamanda sərnişinlərin də təhlükəsizliyinə cavabdehdirlər. Bu səbəbdən sükan arxasında mobil telefondan istifadə kimi diqqəti yayındıran amillərdən qəti şəkildə uzaq durmaq vacibdir.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
71
avtosfer.az

1Источники