RU

"Sumqayıtda artıq normal yol yoxdur" - Şikayət

Sumqayıtda yollarla bağlı şikayətlər səngimək bilmir.

Sumqayit24.az-a daxil olan məlumata görə, "Yaşıl dərə" yaşayış massivində yollar baxımsız və nəzarətsiz vəziyyətdədir.
Vətəndaşların sözlərinə görə, 39 nömrəli marşrut xəttinin hərəkət etdiyi yol çökəklərlə doludur. Bu vəziyyət həm ictimai nəqliyyatın, həm digər avtomobillərin, həm də piyadaların hərəkətində ciddi çətinliklər yaradır.
"Artıq Sumqayıtda normal yol yoxdur. Bu yollara görə taksi sifariş belə etməyə utanıram ", - deyə vətəndaş narahatlığını ifadə edib.  
Sakinlər aidiyyəti qurumlardan yolların asfaltlanmasını tələb edirlər.






Избранный
30
yenilik.az

1Источники