Sumqayıtda yollarla bağlı şikayətlər səngimək bilmir.
Vətəndaşların sözlərinə görə, 39 nömrəli marşrut xəttinin hərəkət etdiyi yol çökəklərlə doludur. Bu vəziyyət həm ictimai nəqliyyatın, həm digər avtomobillərin, həm də piyadaların hərəkətində ciddi çətinliklər yaradır.
"Artıq Sumqayıtda normal yol yoxdur. Bu yollara görə taksi sifariş belə etməyə utanıram ", - deyə vətəndaş narahatlığını ifadə edib.
Sakinlər aidiyyəti qurumlardan yolların asfaltlanmasını tələb edirlər.