RU

Sürüşmə təhlükəsi olan Bibiheybət yolunda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb (VİDEO)

Bakı.Trend:

Bibiheybət yolunda aparılan təmir-bərpa işləriyekunlaşdırılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, intensiv yağıntıların yaratdığı fəsadların aradanqaldırılması məqsədilə bir neçə gün əvvəl start verilən işlərsürətli və keyfiyyətli şəkildə icra olunub. Ərazidə mümkün əlavərisklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizliktədbirləri də paralel şəkildə həyata keçirilib.

Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinintəmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. “İnşaatNorma və Qaydaları”na uyğun olaraq yeni torpaq yatağı və yol əsasıinşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeniasfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularınıneffektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirlərigörülüb.

Məqalədə:
Избранный
36
19
az.trend.az

10Источники