RU

Türkiyənin Türkmənistana tekstil ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Türkmənistana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz azalaraq, 2 milyon 576 min 110 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyənin 2026-cı ilin mart ayında Türkmənistana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 50,3 faiz azalaraq, 909 min 170 dollara çatıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 748 milyon 506 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 1 milyard 760 milyon 517 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 9 milyard 222 milyon 417 min dollar məbləğində tekstil məhsulları ixrac edib.

Избранный
6
26
turkic.world

10Источники