RU

Kahramanmaraşda məktəb faciəsinin qurbanları dəfn olunub

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Kahramanmaraş vilayətində baş verən məktəb hücumunda həyatını itirənlər son mənzilə yola salınıb.

TurkicWorld xəbər verir ki, Onikişubat rayonunda yerləşən Ayser Çalık Ortaokulu məktəbində törədilən silahlı hücum nəticəsində ölən şagirdlərin cənazələri ailələrinə təhvil verilib.

Son məlumatlara görə, hücum zamanı 1 müəllim və 9 şagird olmaqla ümumilikdə 10 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb. Yaralılardan birinin xəstəxanada vəfat etməsi ilə ölənlərin sayı artıb.

11 yaşlı Yusif Tarıq Gül üçün keçirilən dəfn mərasimdən sonra mərhum qəbiristanlıqda dəfn edilib.

Faciədə həyatını itirən digər şagird, 11 yaşlı Şuranur Sevgi Kazıcı üçün də geniş izdihamla vida mərasimi təşkil olunub. Mərasimdə dövlət rəsmiləri, yerli sakinlər və yüzlərlə vətəndaş iştirak edib.

Hücumun qurbanlarından Furkan Sancak Balal isə Afşin rayonunda keçirilən mərasimlə son mənzilə yola salınıb.

Silahlı hücum zamanı həlak olan müəllim Ayla Kara üçün də dəfn hazırlıqları aparılıb.

Mərasimlərdə yerli və mərkəzi icra strukturlarının nümayəndələri, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edərək ailələrə başsağlığı veriblər.

Faktla bağlı istintaq davam edir.

Избранный
33
5
turkic.world

6Источники