RU

Azərbaycan və Latviya arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekun protokolu imzalanıb

Bakı. Trend:

Azərbaycan-Latviya arasında iqtisadi, elmi-texniki və mədəniəməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasınınyekunlarına dair protokol imzalanıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri MəcnunMəmmədov "X" hesabında paylaşım edib.

"Şuşa şəhərində Azərbaycan-Latviya iqtisadi, elmi-texniki vəmədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasınıkeçirdik.

İclas zamanı Azərbaycanın Latviya ilə əlaqələrin davamlı olaraqmöhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və əməkdaşlığıngenişləndirilməsi üçün böyük potensialın olduğuna əminliyimizi birdaha diqqətə çatdırdıq. Ölkələrimiz arasında investisiyaimkanlarının artırılması, ticarətin divesifikasiyası, heyvandarlıq,meşəçilik, elektron hökumət, tələbə mübadiləsinin artırılması,nəqliyyat və logistika, aqrar emal, ağac emalı, hava yükdaşımaları,film sənayesi, informasiya texnologiyaları sahələrinin əməkdaşlıqüçün böyük potensialı var.

İclasın sonunda Azərbaycan-Latviya arasında iqtisadi,elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə hökumətlərarasıkomissiyanın 9-cu iclasının yekunlarına dair protokolun imzalanmasıstrateji tərəfdaşlığımızın möhkəmlənməsində mühüm rol oynayacaq", -paylaşımda qeyd edilib.

Məqalədə:
Избранный
47
az.trend.az

1Источники