RU

“Solçu dəlilər bəyənməyəcək” İsa ilə şəklini PAYLAŞDI

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında İsa peyğəmbərin onu qucaqladığı süni intellektlə hazırlanmış fotoşəkli yenidən paylaşıb.

Redaktor.az xəbər verir ki, görüntüdə Trampın gözləri yumulu halda İsa peyğəmbərə toxunduğu, arxa planda isə ABŞ bayrağının dalğalandığı mikrofon tribunasının yer aldığı təsvir olunur.

Məlumata əsasən, orijinal paylaşımda “Tanrı, yəqin ki, kozırını oynayır!” başlığı yer alıb.

Tramp isə paylaşımı yenidən paylaşaraq əlavə edib: “Solçu dəlilər yəqin ki, bunu bəyənməyəcəklər, amma məncə, bu, çox şirindir!!!”

Jurnalistlərin fikrincə, bu paylaşım ABŞ administrasiyası ilə İrandakı hərbi gərginlik fonunda Amerika hakimiyyətini tənqid edən Papa arasında əvvəlki mübahisələrin davamı kimi qiymətləndirilir.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
redaktor.az

2Источники