RU

Trampın hədələdiyi ölkə hərəkətə keçdi Prezident liderlərə zəng edir

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ Prezidenti Donald Trampın səhər tezdən oyanıb digər ölkələri təhdid etmək hüququ yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Braziliya Prezidenti Lula da Silva deyib.

“Tramp bunun üçün seçilməyib, ölkə Konstitusiyası da buna icazə vermir. Nüfuzlu insanlar sülhü qorumalıdırlar. Silaha yox, kitablara, yeməyə, iş yerlərinə investisiya qoymaq istəyirəm.

Problem odur ki, Avropa İttifaqı (Aİ) müdafiə üçün 800 milyard avro təklif etdi, Böyük Britaniya yenidən silahlanır, Yaponiya da… Kimsə təşəbbüs göstərməlidir.

Mən artıq Çin sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Rusiya Prezidenti Vladimir Putin,  Fransa Prezidenti Emmanuel Makrona, demək olar ki, hamıya zəng etmişəm və onlardan bu barədə müzakirə aparmaq üçün bizimlə görüşmələrini xahiş etmişəm”, – deyə Braziliya lideri bildirib.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
globalinfo.az

1Источники